Səfir Elin Süleymanov Amerika Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb
16 fevral 2012 03:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın ABŞ-dakı səfiri, Azərbaycanın Amerika Dövlətləri Təşkilatı (ADT) yanında Daimi Müşahidəçisi Elin Süleymanov təşkilatın Baş katibi Xose Migel İnsulza ilə görüşüb. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.
Görüşdə Azərbaycan ilə ADT arasındakı əməkdaşlıq və Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri əsas müzakirə mövzuları olub.
Səfir Azərbaycanın ADT ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edərək, bu əməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını qeyd edib. Baş katib Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini vurğulayaraq, təşkilatın müxtəlif proqramlarına Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Səfir, həmçinin, son illərdə Azərbaycanın Latın Amerikasında diplomatik təmsilçiliyinin daha da genişləndirildiyini, hazırda Argentina və Meksikada Azərbaycan səfirliklərinin fəaliyyət göstərdiyini və bu yaxınlarda Braziliyada səfirliyin fəaliyyətə başlayacağını diqqətə çatdıraraq, bunun Azərbaycan rəhbərliyinin region ölkələri ilə münasibətlərə verdiyi önəmin bariz nümunəsi olduğunu qeyd edib.

Xarici siyasət
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024