İranda ikisi qardaş olmaqla, üç nəfər edam olunub

İranda ikisi qardaş olmaqla, üç nəfər edam olunub
# 05 sentyabr 2012 12:27 (UTC +04:00)
APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, hökm sentyabrın 3-də yerinə yetirilsə də, xəbər yeni yayılıb.

Məhbuslar Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında dara çəkiliblər. Onlardan ikisi qardaşdır. Bunlar Pərviz və İrəc Pərvizidir. Digər məhbusun adı isə açıqlanmayıb. Onlar narkotik maddələrin daşınması və saxlanmasında günahlandırılıblar.

Məhbuslar 3,5 ildir həbsdə saxlanılırdı.

Məlumata görə, sentyabrın 2-də 8 məhbus Kərəcin Qızılhasar həbsxanasından Rəcayişəhr zindanının təkadamlıq kameralarına köçürülüb. Onlardan üç nəfəri sentyabrın 3-də səhər saatlarında dara çəkilib. Hazırda üç məhbus Kərəcin Gövhərdəşt həbsxanasının təkadamlıq kameralarında edam olunacağı günü gözləyir. Onların sentyabrın 15-də dara çəkiləcəyi bildirilir.

Digər iki məhbusdan isə xəbər yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR