Meksikanın Nuevo-Laredo şəhərində bir gün ərzində 23 cəsəd aşkar edilib

Meksikanın Nuevo-Laredo şəhərində bir gün ərzində 23 cəsəd aşkar edilib
# 05 may 2012 04:46 (UTC +04:00)
Bakı-APA. Meksikanın Nuevo-Laredo şəhərində bir gün ərzində 23 cəsəd aşkar edilib.

9 cəsəd Nuevo-Laredodan Monterreyə gedən körpünün üzərində asılmış halda tapılıb. Cəsədlərin üzərində olan kağızda onların «Qolfo» narkokartelinin üzvləri olduqları və rəqib «Zetas» qruplaşmasının üzvləri tərəfindən öldürüldükləri yaxılıb.

Bir neçə saatdan sonra isə şəhərdəki avtomobillərdən birində 14 başı kəsilmiş cəsəd tapılıb. Həmin şəxsləri başları şəhər şurasının yaxınlığında daşınar soyuducularda aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR