Kiyevdə GUAM-ın 15 illik yubileyi keçirilir - YENİLƏNİB
10 oktyabr 2012 08:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın 15 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmək üçün Ukraynaya gedib. APA-nın məlumatına görə, XİN başçısı bu gün Kiyevdə GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasda GUAM-ın tərəfdaşları ABŞ və Yaponiyanın, həmçinin Avropa Komissiyasının nümayəndələri də iştirak edəcəklər. Tədbirdə GUAM qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məsələləri müzakirə olunacaq. İclasa Azərbaycanın xarici işlər naziri sədrlik edəcək. Onun tədbirdə çıxışı və səfər çərçivəsində ikitərəfli görüşləri nəzərdə tutulur.
Xarici siyasət
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:42
13 may 2024
ATƏT Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz danışıqları dəstəkləyir
12:13
13 may 2024
Mirzoyan: XİN başçılarının Almatıda aparılan danışıqları konstruktiv keçib
12:07
13 may 2024
Yan Borq: Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır
11:57
13 may 2024