«Hizbullah» İrana hücum edəcəyi təqdirdə İsraili raket zərbələri ilə hədələyib

«Hizbullah» İrana hücum edəcəyi təqdirdə İsraili raket zərbələri ilə hədələyib
# 18 avqust 2012 03:56 (UTC +04:00)
Bakı-APA. Livan şiə hərəkatı «Hizbullah» İsrailin İrana hücumu təqdirində bu ölkəni raket atəşinə tutacağı ilə hədələyib.

«Biz işğal olunmuş Fələstin torpaqlarında milyonlarla fələstinlinin həyatını əsl cəhənnəmə çevirə bilərik», deyə hərəkatın lideri Həsən Nəsrullah bəyan edib.

ABŞ və digər Qərb ölkələri, həmçinin İsrail İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda ittiham edirlər. Tehran bu ittihamları rədd edir. Son günlər İsrailin İrana hücumu barədə çoxsaylı bəyanatlar və proqnozlar verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR