Rusiya Müdafiə Nazirliyinin strukturunda axtarış aparılır

Rusiya Müdafiə Nazirliyinin strukturunda axtarış aparılır
# 25 oktyabr 2012 07:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İstintaq Komitəsinin sədri Vladimir Markin məlumat verib.

V.Markinin sözlərinə görə, bu məsələ ilə bağlı ümumilikdə 5 cinayət işi başlanıb və bunlar «Oboronservis» ASC-yə məxsus daşınmaz əmlak, torpaq sahələri və səhmlərin satışı zamanı yol verilən fırıldaqçılıqla bağlıdır. Belə ki, Holdinqə məxsus ən likvid aktivlər seçilib, sonradan onların inkişaf etdirilməsinə külli miqdarda dövlət vəsaiti sərf olunub. Yekunda isə həmin əmlak həddindən artıq aşağı qiymətlə satışa çıxarılıb və «Oboronservis»lə sıx əlaqəsi olan kommersiya strukturlarına satılıb.

Qeyd edək ki, Holdinqin ofisində aparılan axtarışda müdafiə naziri Anatoliy Serdyukov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR