Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirlə görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirlə görüşüblər
# 01 avqust 2012 07:04 (UTC +04:00)
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, başçəkmə zamanı əsirə ailəsindən bir “Qızıl Xaç” məktubu çatdırılıb, əsirdən isə iki “Qızıl Xaç” məktubu alınıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Xatırladaq ki, hazırda Azərbaycanda Ermənistan vətəndaşları olan bir ailə saxlanılır. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR