Azərbaycan yığması Bişkekdə “Novruz-2012” beynəlxalq turnirinə qatılacaq

Azərbaycan yığması Bişkekdə “Novruz-2012” beynəlxalq turnirinə qatılacaq
# 22 fevral 2012 09:27 (UTC +04:00)
Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz-2012” beynəlxalq turnirə qatılacağı dəqiqləşib. Bu barədə məlumatı apasport.az saytına yığmanın meneceri Ləvənt Turknas verib.

Lakin qalibi olduğumuz yarışda millimiz tam heyətlə çıxış edə bilməyəcək. Türknas bildirib ki, martın 17-22-də baş tutacaq turnirə Azərbaycan çempionatındakı basketbolçulardan başqa, 2 legionerimiz qoşulacaq: “Komandamız səfərə yarışdan 2 gün əvvəl yollanacaq. Lakin buraya aparıcı basketbolçular yollanmayacaqlar. Buna səbəb onların çıxış etdikləri klubların yerli çempionatlarda oyunlarıdır. Amma Gürcüstanda çıxış edən Zaur Paşayevlə, Rusiyada olan Konstantin Berkovun heyətə daxil edəcəyik”.

Menecerin sözlərinə görə, “Novruz-2012”də rəqiblərimizin tam siyahısı açıqlanmayıb: “Təşkilatçılar biz müraciəti zamanı ehtimal edirdilər ki, Özbəkistan və Qazaxıstan yığmaları, ABŞ-dan 2, Qırğızıstandan, Gürcüstandan 1 klubunun da iştirakı gözlənilir. Hələ biz də dəqiq bilmirik ki, bunların hansı iştiraklarını təsdiqləyiblər. Ona bilsin digər ölkələr də burada təmsil olunsunlar. Yəni bu da istisna deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR