Moskvada MDB üzvü olan dövlətlərin antiterror mərkəzləri rəhbərlərinin müşavirəsini keçirilib
29 fevral 2012 21:45 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan dövlətlərin antiterror mərkəzləri rəhbərlərinin müşavirəsini keçirilib. APA-nın Moskva bürosunun məlumatına görə, “MDB təhlükəsizlik orqanlarının, xüsusi xidmətlərinin və hüquq mühafizə orqanlarının Avrasiya təhlükəsizliyinin təmin edilməsində rolu və yeri” mövzusunda keçirilən müşavirədə MDB üzvü olan dövlətlərin təhlükəsizlik orqanlarının və xüsusi xidmətlərinin nümayəndə heyətləri, beynəlxalq və regional təşkilatların nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikası müşavirədə Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri səviyyəsində təmsil olunub. Müşavirədə Avrasiya təhlükəsizliyinin vəziyyəti və perspektivləri, iqtisadi və siyasi inteqrasiya proseslərinin MDB üzvü olan dövlətlərin antiterror baxımından müdafiə olunmasının keyfiyyətinə təsiri problemləri və MDB məkanında hərbi təhlükəsizlik məsələləri müzakirə mövzusu olub.

MDB
Rusiya MN: Belqorod üzərində “HAMMER” aviabombası məhv edilib
00:48
29 may 2024
Rusiyanın “Pervıy” kanalının Ermənistanda yayımı dayandırılıb
23:11
28 may 2024
Ermənistanda üç nəfəri ildırım vurub, ölən var
22:38
28 may 2024
Rusiya Prezidenti: “Taliban”la hansısa formada əlaqələr qurmalıyıq
17:36
28 may 2024