Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək
# 09 mart 2012 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gələn həftə Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, martın 12-də Xorvatiya prezidenti İvo Yasipoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, sənaye, enerji, tikinti, İKT, səhiyyə, əczaçılıq və digər sektorları təmsil edən Xorvatiya iş adamları iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR