® “Dodge Durango” yeni kredit şərtləri təklif edir – FOTO

<font color=red>® </font>“Dodge Durango” yeni kredit şərtləri təklif edir – <font color=red>FOTO</font>
# 14 iyun 2012 08:09 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, “Chrysler” Mərkəzi bu nəhəng avtomobil üçün yeni kredit şərtləri təklif edir. İndi “Dodge Durango”nun 3,6 litr mühərrik tutumlu modeli üçün ilkin ödəniş 5900 AZN-dir.
Güclü mühərriki ilə öz sinfindən yuxarı brendlərlə “döyüşə çıxan” əfsanəvi HEMI güc aqreqatlı “Citadel 5,7” modelinə sadəcə 12 400 AZN ödəməklə sahib ola bilərlər. “Dodge Durango” alanlara bank xərcləri və 3 illik sığorta hədiyyə edilir. Bununla “Chrysler” Mərkəzi iri avtomobil həvəskarlarına nəhəng olduğu qədər də manevr qabiliyyətinə malik avtomobil sürməkdən həzz almaq imkanı verir.
“Durango” sürəti, çevikliyi və “əzələli” dizaynı ilə tanınmış “Dodge” ailəsinin ən nəhəng üzvüdür. Həm də təkcə “Dodge” ailəsinin deyil, avtomobil sənayesinin nəhənglərindən sayılır. Tam ölçülü SUV olan bu Amerika avtomobili “Jeep Grand Cherokee” bazasında yığılıb. Bu özəlliyi onun çevikliyinin və manevr qabiliyyətinin təminatıdır. “Durango” Azərbaycanda həm 3,6 litr, həm də 5,7 litr mühərrik variantları ilə təqdim olunur. Qiyməti isə 39 500 manatdan başlayır.
“Chrysler” qrupuna daxil olan “Dodge” avtomobillərini Azərbaycanda “Auto Azərbaycan” şirkəti təqdim edir. 16 ildən artıq müddətdə fəaliyyət göstərən şirkət servis imkanları ilə müştərilərinin etimadını qazanmaqla yanaşı, Qafqazda ən böyük ehtiyat hissələri anbarına malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR