Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri enib
03 avqust 2012 13:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda iyul ayında satılan kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,7%, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,8% enib, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,1%, kartofun 1,6%, xiyarın 4,3%, pomidorun 2,3%, badımcanın 24,3%, bibərin 41,6%, göy soğanın 2,1%, yaşıl lobyanın istehsalçı qiymətləri 3,1% enib, qarpız və yemişin istehsalçı qiymətləri 13,8%, baş soğanın 4,2%, baş sarımsağın 3,6%, yoncanın 10,5%, quru otun istehsalçı qiymətləri isə 0,2% artıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,9%, çiyələyin 0,2%, albalı və gilasın istehsalçı qiymətləri 5,2% artıb, almanın istehsalçı qiymətləri 9,1%, armudun 6,4%, şaftalının 2,6%, əriyin 1,3%, alçanın 2,6%, gavalı və göyəmin 0,8%, fındığın istehsalçı qiymətləri isə 2,6% enib.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0%, inək südünün 0,1%, camışın 1,4%, donuz ətinin (diri çəkidə) 0,1%, hind toyuğunun istehsalçı qiymətləri 1,2% enib. Bu ucuzlaşma ilə yanaşı ay ərzində mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 2,6%, 0,7% və 4,1%, yumurtanın 10,9%, təbii balın istehsalçı qiymətləri isə 0,5% artıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,6%-lik artım müşahidə olunub.

Aqrar-sənaye kompleksi
Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşib
17:29
20 may 2024
Şərqi Zəngəzur və Qarabağa köçən fermer kişi və qadınların sayı məlum olub
15:07
20 may 2024
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024