Göyçayda “BMW” aşıb, sürücü ağır xəsarət alıb

Göyçayda “BMW” aşıb, sürücü ağır xəsarət alıb
# 18 noyabr 2013 10:03 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçayda ağır avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200-cü kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. Göyçayın Hüngütlü kənd sakini, 1953-cü il təvəllüdlü Ağahəsən Sadıqovun idarə etdiyi “BMW” markalı minik avtomobil magistral yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Ağahəsən Sadıqov təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Avtomobil isə zərbənin təsirindən deformasiyaya uğrayaraq yararsız hala düşüb. İlkin məlumata görə, hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması və sürücünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR