OPEC-in neft hasilatı azalıb

OPEC-in neft hasilatı azalıb
# 30 noyabr 2013 09:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçısı olan Ölkələr Təşkilatının (OPEC) üzvü olan ölkələr tərəfindən noyabr ayında gündəlik 29,64 mln. barel neft hasil edilib ki, bu da 2011-ci ilin may ayından bəri ən aşağı göstəricidir.

APA-Economics”in xəbərinə görə, mütəxəssislər bunu Liviyanın sənaye sektorunda tətillər və Səudiyyə Ərəbistanında neft hasilatının azalması ilə izah edirlər.

Qeyd edilir ki, buna paralel olaraq OPEC-ə üzv olmayan ölkələrdə neftin hasilatı artır. Eyni zamanda ABŞ-da şist neftin hasilatı da artmaqdadır. Bütün bunlar nəticəsində OPEC tərəfindən hasilatın azalması dünya bazarında neftin qiymətinə ciddi təsir etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR