Sabah Azərbaycanda hava şəraiti əsasən yağıntılı olacaq

Sabah Azərbaycanda hava şəraiti əsasən yağıntılı olacaq
# 13 yanvar 2014 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, qərb və şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 14-də rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Yanvarın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR