Azərbaycan ərazisində bəzi yerlərdə duman, çiskin olacaq, yağış yağacaq

Azərbaycan ərazisində bəzi yerlərdə duman, çiskin olacaq, yağış yağacaq
# 07 aprel 2014 10:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı və Abşeron yarımadasında aprelin 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin günün ikinci yarısından qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR