Bu il Azərbaycanda 20 min tondan çox buğda və arpa toxumu əkiləcək

Bu il Azərbaycanda 20 min tondan çox buğda və arpa toxumu əkiləcək
# 23 may 2014 11:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA- Economics. Bu il Azərbaycanda 20 min tondan çox buğda və arpa toxumu əkiləcək. Payızlıq arpa və buğda əkininə sentyabrda başlanılacaq.

Bunu “APA-Economics”ə açıqlamasında “Azərtoxum” MMC-nin icraçı direktoru İkram Vəliyev bildirib.

Onun sözlərinə görə, iyunun 5-də isə təxminən 10 min hektar toxum sahəsinin biçini aparılacaq.

İ. Vəliyev “Azərtoxum” MMC-nin ümumilikdə ölkə boyu 10 min ha əkin sahəsinə malik olduğunu deyib.

“Şəki, Şəmkir, Yevlax, Tərtər, Siyəzən, Sabirabad, İsmayıllı, bir sözlə, ümumilikdə 10 rayonda taxıl sahələrimiz var. Biz “elit” və “super elit” olmaqla 12 sort toxum əkirik. Bu il 20 min tondan çox toxum əkməyi nəzərdə tutmuşuq. Əkin payızda həyata keçiriləcək”, - deyə İ. Vəliyev qeyd edib.

MMC-nin icraçı direktoru əlavə edib ki, onlar artıq fermerlərlə müqavilə əsasında işləyirlər. Fermerlərə toxum, gübrə verilir, biçim zamanı kömək göstərilir. Sonra yenidən həmin toxumları əhaliyə qaytarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR