Xırdalanda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib

Xırdalanda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib
# 07 noyabr 2013 23:54 (UTC +04:00)

Bakı-APA. Xırdalanda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu Xırdalan şəhərində giriş qapısının kilidinin qırılması nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq giriş qapısını açıblar. Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR