Azərbaycanda 500-dən artıq qanunsuz radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 500-dən artıq qanunsuz radioelektron vasitə aşkarlanıb
# 02 oktyabr 2013 11:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) bu ilin yanvar-sentyabr ayları ərzində 543 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb. RİTN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 580 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı aşkarlanan 543 radioelektron vasitədən 256 ədədi möhürlənib, 32 ədədi istismardan çıxarılıb, 36 ədədi qeydiyyata salınıb və 219 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni radioelektron vasitə istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 50 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR