Azərbaycan ərazisində hava yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaq

Azərbaycan ərazisində hava yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaq
# 25 noyabr 2013 09:21 (UTC +04:00)

Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 26-27-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR