Tailandda sərnişin avtobusu qəzaya uğrayıb: 14 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Tailandda sərnişin avtobusu qəzaya uğrayıb: 14 nəfər ölüb, 40 nəfər xəsarət alıb
# 28 fevral 2014 03:31 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, tələbə və müəllimləri Pataya kurort zonasına aparan avtobus yolda yük maşını ilə toqquşub. Sərnişinlər istirahətə ölkənin şimal-şərqində yerləşən Nakxonratçasima əyalətindən yollanırmışlar.

Qeyd edək ki, yanvarın 29-da Tailandın şimalındakı Çianqmay əyalətində çinli turistlərin olduğu avtobus avropalı turistlərlə dolu mikroavtobusla toqquşmuşdu, nəticədə 30 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR