Türkdilli ölkələrin Parlament Assambleyasının V plenar sessiyası iyunda Bakıda keçiriləcək

Türkdilli ölkələrin Parlament Assambleyasının V plenar sessiyası iyunda Bakıda keçiriləcək
# 17 mart 2014 12:26 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar sessiyası iyunun 11-13-də Bakıda keçiriləcək.

APA-nın məlumatına görə, TürkPA-nın toplantısına hazırlıqla bağlı məsələ Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulinlə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək arasında keçirilən görüşdə müzakirə olunub.

Həmin görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən assambleyası çərçivəsində baş tutub.

Qeyd edək ki, TürkPA-nın V plenar sessiyasının Bakıda keçirilməsi haqda qərar ötən ilin iyununda Ankarada qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR