Rusiyada 50 yaşlı Azərbaycan vətəndaşı tanışını xüsusi amansızlıqla qətlə yetirib

Rusiyada 50 yaşlı Azərbaycan vətəndaşı tanışını xüsusi amansızlıqla qətlə yetirib
# 29 iyul 2013 09:48 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, Kursk vilayətinin Fatejskiy rayonunun Verxnıy Lyubaj kəndində yaşayan 50 yaşlı adı açıqlanmayan Azərbaycan vətəndaşı 32 yaşlı tanışını ling vasitəsilə öldürüb. Daha sonra isə izi itirmək üçün tanışının meyitini meşədə basdırıb.

Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı yaxalanıb. O, istintaqa verdiyi ilkin ifadədə qətli törətdiyini etiraf edib.

Belə ki, Azərbaycan vətəndaşı 32 yaşlı tanışı ilə birlikdə maşınla Kursk vilayətinin Jeleznoqorskovo rayonunun Linets kəndinə gedərkən onların arasında mübahisə düşüb. Tanışı azərbaycanlını arvadı ilə münasibətlərinin olmasında günahlandırıb. Azərbaycanlı tanışı ilə münasibətləri aydınlaşdırmaq qərarına gəlib. Onlar yol kənarında yerləşən Basovo kəndində yerləşən ərazidə əlbəyaxa davaya başlayıblar. Bu zaman azərbaycanlı avtomobilinin baqajından dəmir lingi götürərək tanışının başına güclü zərbələr endirməyə başlayıb. O, meyiti maşına qoyaraq yaxınlıqdakı meşəyə aparıb və orada gizlədib. Bir müddət sonra isə azərbaycanlı, meyiti basdırmaq qərarına gəlib və meşəyə gələrək niyyətini həyata keçirib.

Həmyerlimiz tanışını basdırandan sonra isə cinayətin izini itirmək məqsədilə onun şəxsi əşyalarını və sənədlərini yandırıb.

Faktla bağlı Təhqiqat Komitəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR