Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək üçün noyabrın ilk həftəsində regiona səfər edəcəklər

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək üçün noyabrın ilk həftəsində regiona səfər edəcəklər
# 18 oktyabr 2013 08:40 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti dəfə noyabrın əvvəllərinə səfər edəcəklər.

Diplomatik mənbənin APA-ya verdiyi bilgiyə görə, vasitəçilər regiona noyabrın ilk həftəsində gələcəklər.

Həmsədrlər səfərlərinə Bakıdan başlayacaq, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər. Bakıdan sonra onlar İrəvana yollanacaqlar.

Mənbənin bildirdiyinə görə, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.

“Vasitəçilər prezidentlərə görüş təklifi etmək niyyətindədirlər. Lakin hər şey tərəflərdən asılıdır. Tərəflər razılıq verəcəyi təqdirdə, görüş noyabrın sonlarında baş tuta bilər”, - deyə mənbə vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR