Beyləqanda 4 otaqlı ev yanıb, 1 nəfər qadın yanıq xəsarətləri alıb

Beyləqanda 4 otaqlı ev yanıb, 1 nəfər qadın yanıq xəsarətləri alıb
# 31 yanvar 2014 04:55 (UTC +04:00)

Bakı-APA. Beyləqanda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər qadın əl və üz nahiyəsindən yüngül yanıq xəsarətləri alıb və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR