Azərbaycan əhalisinin sayı 9,5 mln. nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 9,5 mln. nəfərə çatıb
# 16 aprel 2014 07:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il mart ayının 1-nə Azərbaycanda əhalisinin sayı 9 494,6 min nəfərə çataraq ilin əvvəlindən 17,5 min nəfər və ya 0,2% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2% şəhər, 46,8% kənd sakinləridir.

Bu ilin ilk iki ayı ərzində 27,7 min və ya hər gün orta hesabla 469 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum eyni səviyyədə (18,3) qalaraq dəyişməyib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4% qızlar təşkil edir.

Yanvar-fevral aylarında ölkədə 10,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR