Tiflisdə Azərbaycanın təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçirilir - FOTO

Tiflisdə Azərbaycanın təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçirilir - <span style="color: red;">FOTO
# 17 mart 2014 14:37 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflis (Gürcüstan) şəhərində Azərbaycanın təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa regionu gömrük xidməti rəhbərlərinin iki günlük konfransı başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edərək, Azərbaycana son bir ildə bu təşkilatın xətti ilə həyata keçirilən tədbirlərə görə təşəkkür edib.

Gürcüstanın maliyyə naziri Nodar Xaduri, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətinin sədr müavini Aydın Əliyev çıxış edib.

Aydın Əliyevin sədrlik etdiyi konfrans çərçivəsində “Gürcüstan və Azərbaycan hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” saziş imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin direktoru İrakli Qvaramidze imzalayıb.

Konfransda ÜGT Avropa regionu gömrük xidmətinin baş katibi Kunio Mikuriya tədbir iştirakçılarına müraciətlə çıxış edib. Sonra tədbirdə ÜGT Avropa regionu gömrük xidməti sahəsində siyasi məsələlər müzakirə edilib. İspaniya, İrlandiya, Avstriya, Norveç, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Fransa və digər ölkələrdən gələn ÜGT Avropa regionu gömrük xidməti rəhbərləri gömrük sahəsinə aid olan prioritet məsələlər, gömrük sahəsində rəhbər vəzifələrə təyinat, sivil gömrük məntəqəsi, gömrük aksizləri barədə fikir mübadiləsi apararaq, gələcəkdə həyata keçiriləcək bir sıra təkliflər irəli sürüblər.

Tədbirdə Avropa regionlarının məsələləri də müzakirə olunub. Azərbaycanın Belçikadakı səfirliyinin gömrük attaşesi Daşqın Əliyev, Azərbaycan Dövlət Gömrük Komitəsinin statistika və informasiya texnologiyaları baş idarəsinin rəisi İqbal Babayev də çıxış edərək, yeni layihələr barədə ətraflı məlumat veriblər.

Sabah konfrans davam edəcək. Tədbirdə 39 ölkədən gömrük rəhbərləri iştirak edir.

Azərbaycan Dövlər Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında Avropa Gömrük xidməti rəhbərlərinin konfransının 11-ci dəfə keçirildiyini bildirib: “Bu dəfə tədbiri keçirmək üçün Gürcüstan seçilib. Keçən il Azərbaycan ÜGT-nin sədr müavini vəzifəsinə seçilib. Bu gün bu konfransda müzakirə olunan məsələlər ÜGT-nin sessiyasına və siyasi komitəsinə təqdim olunur. Bu gün biz biznes və gömrük əməkdaşlığı, gömrükdə ticarətin asanlaşdırılması, ÜGT-yə vəzifəli şəxslərin seçkisi ilə bağlı məsələləri müzakirə etdik. Konfransda Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan üç layihə təqdim olunub. Biz qaçaqmalçılıqla mübarizə sahəsində Avropa ölkələri üçün portal yaradırıq. Biz bu gün onun ilk variantını tədbirdə təqdim etdik”.

Tədbirdə 39 ölkədən gömrük rəhbərləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR