İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri Vyanada keçiriləcək

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri Vyanada keçiriləcək
# 03 mart 2014 11:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri martın 5-7-də Vyanada keçiriləcək.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad bildirib.

Onun sözlərinə görə, danışıqlarda “altılıq” ölkələrinin hamısının mütəxəssisləri iştirak edəcəklər və müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında keçiriləcək.

H.Bəidinejad həmçinin deyib ki, martın 17-19-da İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək: “Danışıqların İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton arasında aparılması qərara alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR