Suriyada dünən öldürülən azərbaycanlı mücahidin şəxsiyyəti müəyyənləşib - EKSKLÜZİV

Suriyada dünən öldürülən azərbaycanlı mücahidin şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">EKSKLÜZİV
# 13 yanvar 2014 14:33 (UTC +04:00)

APA-nın araşdırmaları nəticəsində məlum olub ki, dünən Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən azərbaycanlı mücahid, “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü Sumqayıt şəhər sakini Rəhman Şıxəliyevdir. R. Şıxəliyev uzun illər boksla məşğul olub və 2010-2011-ci illərdə Azərbaycanda keçirilən boks üzrə respublika çempionatlarında yüksək nəticələr əldə edib. O, 2011-ci ildə idmandan uzaqlaşaraq dini qruplaşmalara qoşulub. R. Şıxəliyev əvvəlcə Türkiyəyə, oradan da Suriyaya gedib.

Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev də APA-ya açıqlamasında Rəhman Şıxəliyevin 2011-ci ilə kimi məşqlərə qatıldığını, sonradan isə idmandan uzaqlaşdığını təsdiqləyib: “Bəli belə bir idmançı olub. Lakin o, 2011-ci ildən idmandan uzaqlaşıb və məşqlərə qatılmayıb. Həmin vaxtdan sonra məşqçilər bir neçə dəfə onunla əlaqə yaratmağa cəhd etsələr də, tapa bilməyiblər”.

Qeyd edək ki, dünən “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. “Abdurrahman” ləqəbli azərbaycanlı mücahidin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR