Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər - YENİLƏNİB

Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər - <span style="color: red;">YENİLƏNİB
# 03 iyun 2014 09:08 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu ADA Universitetində çıxışı zamanı Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

A.Ulyukayev deyib ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə müzakirə olunub.

“Rusiya-Azərbaycan fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, - deyə A.Ulyukayev qeyd edib.

O, əlavə edib ki, Rusiyanın artıq Qətər, Küveyt, Cənubi Koreya, Çin və bir çox ölkələrlə bu cür fondları mövcuddur.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə təhsil ocağının tələbələrinin suallarını cavablandırarkən Azərbaycanın heç bir ittifaqa, o cümlədən Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmədiyini bildirib.

Ş. Mustafayev deyib ki, Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur.

Nazir əlavə edib ki, bu, Azərbaycan üçün rahat, normal rejimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR