Kanada paytaxtında qatarla avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb - YENİLƏNİB

Kanada paytaxtında qatarla avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 18 sentyabr 2013 18:43 (UTC +04:00)

Bakı- APA. Kanada paytaxtında şərnişin qatarının ikimərtəbəli avtobusla toqquşması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 11 yaralının vəziyyəti kritik kimi dəyərləndirilir.

*** 19.03

Bakı. Şamil Əlibəyli – APA. Kanadanın paytaxtı Ottavada qatar avtobusla toqquşub. APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, şahidlər bildirirlər ki, qatar ikimərtəbəli avtobusun arxa hissəsinə çırpılıb.

Ottava yanğınla mübarizə idarənin mətbuat katibi Mark Mesye bildirib ki, toqquşma nəticəsində çoxlu sayda həlak olan və yaralanan var. Qatara isə ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR