Baş nazirin müavini: “Azərbaycan nümunəsi İslam dünyasında uşaq hüquqlarının qorunmasında model kimi götürülə bilər”

Baş nazirin müavini: “Azərbaycan nümunəsi İslam dünyasında uşaq hüquqlarının qorunmasında model kimi götürülə bilər”
# 11 noyabr 2013 09:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, urbanizasiya uşaqlarla bağlı bir çox problemlər meydana gətirir. Ə. Əhmədovun sözlərinə görə, həmin problemlərin çözülməsi, aradan qaldırılması istiqamətində müvafiq proqramın hazırlanmasına ehtiyac var: “Xüsusilə İslam ölkələrində urbanizasiya, uşaqların hüquqlarının qorunması ilə əlaqədar ciddi problemlər yaşanmaqdadır. Bakıda keçirilən İSESCO-ya üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransında müzakirə olunan həmin məsələlər bütövlükdə İslam dünyasında uşaq problemlərin həll olunmasına, hüquqlarının qorunmasına töhfəsini verəcək. Azərbaycanın nümunəsi və bu istiqamətdə həyata keçirilən işlərin yaxından öyrənilməsi İslam dünyasında uşaq hüquqlarının qorunması istiqamətində addımların atılması zamanı model kimi götürülə bilər. Prezident İlham Əliyevin təşəbbüsü, müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi sahəsində Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində çox mühüm, ciddi, əhəmiyyətli addımlar atılmaqdadır. İSESCO-nun həmin məsələyə həsr olunan IV konfransının Bakıda keçirilməsi də təsadüfü deyil. Azərbaycanın nümunəsinin öyrənilməsi və müvafiq ölkələrdə tətbiq edilməsi konfransın qarşısında duran vacib məsələlərdən biridir”.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycanla İSESCO arasında bir çox maraqlı layihələr həyata keçirilib. Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu təşkilatın işində yaxından iştirak etməsi, bir çox layihələrdə təşəbbüskar olması bütövlükdə təşkilatın fəaliyyətinə əhəmiyyətli dinamika verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR