Bakıda fəhlə 9-cu mərtəbədən yıxılaraq ölüb

Bakıda fəhlə 9-cu mərtəbədən yıxılaraq ölüb
# 13 yanvar 2014 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəki sakini Bakıda faciəli şəkildə ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsi, Nizami küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən, yeni inşa olunan 9 mərtəbəli binanın damından, orada fəhlə işləyən Şəki şəhər sakini İlham Qəhrəmanov yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR