Bakıda "Xəttatlıq, miniatür və keramika" sərgisi keçiriləcək

Bakıda "Xəttatlıq, miniatür və keramika" sərgisi keçiriləcək
# 22 oktyabr 2013 16:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Oktyabrın 23-də Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda "Xəttatlıq, miniatür və keramika" sərgisinin açılışı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ekspozisiyada Azərbaycan və Türkiyə sənətçiləri - Gülxan Bəydəmir, Ayşe Betül Özey və Özgün Fəridə Özganın əsərləri nümayiş olunacaq.

Bakı İncəsənət Mərkəzinin baş direktoru Rafael Gülməmmədli bildirib ki, mərkəz 2008 və 2010-cu illərdə Gülxan Bəydəmirin fərdi sərgisini təşkil edib və klassik xətt sənətinin bacarıqlı ustalarından olan müəllifin əl işləri böyük maraq doğurub: “Onun bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb, Almaniyada və Avstriyada sərgiləri açılıb. Gülxan Bəydəmirin Türkiyədə yaşayıb-yaradan iki gənc sənətkarla birgə sərgi keçirmək təşəbbüsü də Bakı İncəsənət Mərkəzi tərəfindən dəstəklənib”.

"Yeni Gallery" salonunda açılacaq sərgi noyabrın 3-dək davam edəcək. Sərgidə zərgərlik sənəti nümunələri, xəttatlıq, miniatür və keramika sənət növlərində 40-a qədər əsər təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR