Makuda SEPAH-la PJAK arasında baş vermiş toqquşmada ölən hərbçi azərbaycanlıdır - FOTO

Makuda SEPAH-la PJAK arasında baş vermiş toqquşmada ölən hərbçi azərbaycanlıdır - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 15:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə PKK terror təşkilatının İran qolu sayılan PJAK qüvvələri arasında baş vermiş silahlı insidentdə həlak olan hərbçi azərbaycanlıdır.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Milad Mirzayi İranın Qərbi Azərbaycan vilayətinin Şot şəhərindəndir.

Azərbaycanlı hərbçi oktyabrın 30-da İran-Türkiyə sərhədində, Maku şəhərinə bağlı Ağgöl Boralan bölgəsində yaranmış qarşıdurma zamanı həlak olub. Oktyabrın 31-də Şot şəhərində M.Mirzayinin dəfn mərasimi keçirilib və xeyli izdiham yaşanıb.

Qeyd edək ki, İran hökuməti və PJAK baş vermiş toqquşma ilə bağlı ziddiyyətli məlumatlar açıqlayıblar. Belə ki, PJAK-ın yaydığı açıqlamada SEPAH-ın 10 hərbçisinin öldürüldüyü və xeyli əsgərinin yaralandığı bildirilir. Maku Şəhəri İcra Hakimiyyətinin başçısı Həmid Əhmədian isə SEPAH-ın bir əsgərinin həlak olduğunu, iki hərbçisinin isə yaralandığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR