MN: Son günlər cəbhədəki döyüşlərdə Azərbaycanın iki hərbçisi şəhid olub, ermənilərin itkisi isə onlarladır - VİDEO

MN: Son günlər cəbhədəki döyüşlərdə Azərbaycanın iki hərbçisi şəhid olub, ermənilərin itkisi isə onlarladır - <span style="color: red;">VİDEO
# 02 fevral 2014 12:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyini deyən V. Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir: “Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır”.

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR