ABŞ dövlət katibinin köməkçisinin müavini Amos Qolşteyn Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisinin müavini Amos Qolşteyn Azərbaycana səfər edəcək
# 21 may 2013 09:15 (UTC +04:00)

ABŞ səfirliyinin mətbuat xidmətindən APA-ya verilənə məlumata görə, ABŞ dövlət katibinin köməkçisinin müavini 4-7 iyunda Bakıda keçiriləcək 20-ci Xəzər neft-qaz konfransına qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında keçirilən illik konfrans çərçivəsində iştirakçılar enerji resurslarının diversifikasiyası, dünya bazarında neftin qiymətinin dəyişməsi, qazı qiymətinə təsirlər, nəqliyyat problemlərinin həlli, Xəzər regionundan enerji resurslarının nəqli marşrutlarının müxtəlifləşdirilməsi, Azərbaycanda neft və qaz kəşfiyyatı məsələləri müzakirə olunacaq. BP, SOCAR, TAP, Nabucco kimi şirkət və konsorsiumlar konfransda iştirakını təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR