Abxaziya parlamenti avqustun 24-nə vaxtından əvvəl “prezident” seçkiləri təyin edib

Abxaziya parlamenti avqustun 24-nə vaxtından əvvəl “prezident” seçkiləri təyin edib
# 31 may 2014 23:53 (UTC +04:00)

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, müvafiq qərarı 24 deputat dəstəkləyib, 1 nəfər bitərəf qalıb.

Abxaziyanın Mərkəzi Seçki Komissiyasına seçkilərə hazırlıq ilə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.

Xatırladaq ki, mayın 27-də müxalifət Suxum şəhərinin mərkəzində izdihamlı etiraz aksiyası keçirib. Etirazçılar “prezident”, “hökumət”, “baş prokuror” və Abxaziyanın bir neçə şərq rayonlarının icra başçılarının istefasını tələb ediblər.

Qeyd edək ki, hakimiyyət və müxalifət arasında münaqişəyə səbəb şərq rayonlarının sakinlərinə Abxaziya pasportunun verilməsi olub.

Söhbət burada milliyyəti gürcü olan şərq rayonların sakinlərdən gedir. Belə ki, müxalifətin iddiasına əsasən, Abxaziya “vətəndaşlığını” qəbul edən bu sakinlər Gürcüstan vətəndaşlığından imtina etməyiblər, bu isə respublikanın “qanunvericiliyinə” ziddir. Müxalifətin iddiasına görə, şərq rayonlarının 27 min sakininə artıq qanunsuz olaraq Abxaziya pasportu verilib. Hazırda sənədlərin verilməsi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR