Cəlilabadda piyada sürücünü bıçaqlayıb

Cəlilabadda piyada sürücünü bıçaqlayıb
# 25 iyul 2013 16:10 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Hacıismayıllı kənd sakini, 30 yaşlı Babək Bayramzadə idarə etdiyi avtomobillə işdən evə qayıdarkən mobil telefonla danışan şəhər sakini İlkin Mühidzadə onun qarşısına çıxaraq hərəkət etməsinə mane olub. B.Bayramzadə piyadanın yolun kənarına çəkilməsi üçün bir neçə dəfə siqnal verib. Lakin İ.Mühidzadə buna əhəmiyyət verməyərək, sürücüyə nalayiq sözlər deyib. Elə hər şey də buradan başlayıb. Əsəbiləşən piyada B. Bayramzadəyə 5 bıçaq zərbəsi ilə bədən xəsarəti yetirərək, hadisə yerindən qaçıb.

Yaralı isə yaxınlıdakı şəxslərin köməyi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb. Hazırda polis İlkin Mühidzadənin tutularaq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR