Həsən Ruhani: “Nüvə müzakirələrində müsbət irəliləyişlərin əldə olunacağına ümid edirik”

Həsən Ruhani: “Nüvə müzakirələrində müsbət irəliləyişlərin əldə olunacağına ümid edirik”
# 06 noyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani oktyabrın 15-16-da rəsmi Tehranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş son nüvə müzakirələrinin nəticəsindən razı olduğunu bildirib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, H.Ruhani deyib ki, tərəflər arasında müzakirələr müsbət nəticə verib: “Ümid edirəm ki, İranla “altılıq” ölkələri arasında noyabrın 7-8-də Cenevrədə keçiriləcək növbəti nüvə müzakirələrində yeni addımların atılmasına və müsbət irəliləyişlərin əldə olunmasına şahid olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR