Azərbaycanda Hindistan vətəndaşını amansızlıqla qətlə yetirən Pakistan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib

Azərbaycanda Hindistan vətəndaşını amansızlıqla qətlə yetirən Pakistan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib
# 12 noyabr 2013 14:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Hindistan vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən Pakistan vətəndaşı Ali Abed Ahmed Bashirinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, martın 9-u Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirilib. Belə ki, həmin ünvana gələn mərhumun qeyri rəsmi münasibətlərdə olduğu qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Pakistan

vətəndaşı Ali Abed Abşeron rayonu ərazisində saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Bashiri 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR