“Rabitəbank” Masallı filialını istifadəyə verib

“Rabitəbank” Masallı filialını istifadəyə verib
# 02 may 2014 12:02 (UTC +04:00)

Bakı - APA-Economics. “Rabitabank” ASC Masallı filialı əhalinin xidmətinə verib.

Bankdan “APA-Economic”ə verilən məlumata görə, Masallı şəhəri, H. Əliyev prospektində yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, və plastik kartlar xidmətlərini təklif edir.

Hazırda bankın 26 filialı fəaliyyət göstərir.

Filialın açılışı münasibətilə bank kampaniya keçirir. May ayında Masallı filialından hər kredit alan müştəriyə mobil telefon hədiyyə verilir. Kampaniya 1 iyun 2014 ilədək davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR