Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılıb

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılıb
# 19 mart 2013 11:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA- ya verilən məlumata görə, Həsən bəy Zərdabi prospektinin Xiyabani küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsinə qədər asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yolun digər hərəkət istiqamətində nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkəti mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR