Lənkəranda yük maşını dərəyə aşıb, ölən və yaralanan var

Lənkəranda yük maşını dərəyə aşıb, ölən və yaralanan var
# 22 iyul 2015 13:06 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 22-də, saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyevin idarə etdiyi “QAZ-66” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salınıb. Lakin M.Axundov yarı yolda dünyasını dəyişib. MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z. Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.

İlkin versiya kimi hadisənin maşındakı texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR