Bakı və Sumqayıtda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Bakı və Sumqayıtda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib
# 03 iyul 2015 15:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı və Sumqayıtda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində və Xəzər rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR