Bakının küçələrindən birində nəqliyyat vasitələrinin hərəkəti iki günlük məhdudlaşdırılır

 Bakının küçələrindən birində nəqliyyat vasitələrinin hərəkəti iki günlük məhdudlaşdırılır
# 13 noyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən dairədə sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşdırma dairədə aparılacaq təmir işləri ilə bağlıdır. Təmir işləri çərçivəsində dairənin köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək. İşlərin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Bundan başqa, Nizami rayonu Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir-tikinti işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır.

Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsinin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 2 qat olmaqla küçənin 36 500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR