Azərbaycanlı qanun ifaçısı ABŞ-da keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Azərbaycanlı qanun ifaçısı ABŞ-da keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
# 08 iyul 2015 15:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin musiqiçisi və solisti Natəvan Həsənova “Amerikan Protege İnternational Concerto Competition 2015” beynəlxalq müsabiqəsinin professional musiqiçilər kateqoriyasında birinci yerin qalibi olub.

N. Həsənovanın APA-ya verdiyi məlumata görə, müsabiqənin qalib kimi o, “Best Perfomance Award” diplomu ilə təltif olunub.

İfaçı bildirib ki, müsabiqə “Carnegie Hall”da keçirilən Amerikanın ən nüfuzlu müsabiqəsi sayılır. N. Həsənova müsabiqədə musiqi nömrəsini konsertmeystr Svetlana Əhmədova ilə birgə ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR