"Brexit"in ilkin nəticələri nefti 2 dollardan artıq ucuzlaşdırıb

"Brexit"in ilkin nəticələri nefti 2 dollardan artıq ucuzlaşdırıb
# 24 iyun 2016 05:15 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya bazarında neft ucuzlaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar azalaraq 48,85 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,12 dollar azalaraq 48,79 dollar olub.

Neft Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun ("Brexit") ilkin nəticələri açıqlanandan sonra ucuzlaşıb. Dairələrin ümumi sayının yarısı üzrə referendumun nəticələrinə əsasən, "Brexit" tərəfdarları irəlidədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR