Bakı Bulvarında açıq havada rəqs məkanı fəaliyyətə başlayıb

Bakı Bulvarında açıq havada rəqs məkanı fəaliyyətə başlayıb
# 24 iyun 2016 08:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı iyunun 25-dən hər həftəsonu yenidən fəaliyyətə başlayır. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Rəqslər 17-19 iyunda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bir müddət keçirilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR