Azərbaycan Mərkəzi Bankı bu il üçün orta illik inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı bu il üçün orta illik inflyasiya proqnozunu açıqlayıb
# 12 noyabr 2015 10:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İlin sonuna Azərbaycanda inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Sənəddə bildirilib ki, qlobal əmtəə bazarlarında ucuzlaşma, partnyor ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir: “Rəsmi proqnoza görə 2015-ci ildə orta illik inflyasiya 4,4% təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında aparılan qiymətləndirmələrə görə Azərbaycanda orta illik inflyasiya MDB ölkələri ilə müqayisədə 10,9 faiz bəndi, ölkəmizin ticarət tərəfdaşı ölkələrlə müqayisədə isə 3,4 faiz bəndi aşağı olacaq. Mərkəzi Bank tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələri birrəqəmli inflyasiya proqnozu ilə tam uzlaşır. Belə ki, monitorinqin nəticələrinə görə qiymət gözləntisi indeksi sənaye və xidmət sektorunda artıb, tikinti sektorunda neytral olub, ticarətdə isə azalıb. Sahələr üzrə azalma gözləntiləri poçt, səhiyyə, turizm xidmətləri, avtomobil, daşınmaz əmlak, tikinti materialları qiymətləri üzrə də müşahidə olunub. İnflyasiyanın birrəqəmli səviyyədə qorunacağı ilə bağlı proqnozlar Mərkəzi Bank tərəfindən cari ildə reallaşdırılan pul və məzənnə siyasətinin adekvat olduğunu göstərir”, - deyə icmalda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR